Son saatlarda Hörmüz boğazından heç bir ticarət gəmisi və ya neft tankeri keçməyib. Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Qurum ABŞ rəsmilərinin açıqlamalarını “əsassız və tamamilə yalan” adlandırıb.
SEPAH həmçinin bildirib ki, onun hərbi-dəniz qüvvələrinin elan etdiyi qaydalara zidd olan hər hansı dəniz fəaliyyəti ciddi risklərlə üzləşəcək və belə hallarda qaydanı pozan gəmilər güc tətbiq edilərək dayandırılacaq.