AZ

Almaniya: ABŞ qoşunları azalsa da, NATO-nun çəkindirmə gücü dəyişməyəcək

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmaq qərarı NATO-nun Avropadakı çəkindirmə gücünü azaltmayacaq.

Turkustan.az xəbər verir ki, Vadeful rəsmi səfər üçün gəldiyi Afinada yunan həmkarı Giorgos Ierapetritis ilə görüşdü.

Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

ABŞ-ın Almaniyadan təxminən 5000 əsgəri 6-12 ay ərzində çıxarmaq planını şərh edən Vadeful dedi: "Həftəsonu verdiyim bəyanatın arxasında dururam. İnanıram ki, ABŞ NATO-nun öz təhlükəsizliyi üçün dəyərini və əhəmiyyətini başa düşür. Mənim fikrimcə, bütün bunlar göstərir ki, ümumiyyətlə bəzi təcrid olunmuş hərəkətlərə çox məna verməməliyik".

Vadephul qərarın nə olduğunu və necə reaksiya verəcəklərini anlamaq üçün ABŞ-la müzakirə etmələrinin lazım olduğunu bildirib və əlavə edib ki, bu, Avropanın öz imkanlarını artırmaq üçün bir vasitə kimi qəbul edilə bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr