AZ

Trampdan İrana ağır təhdid: “Yer üzündən silinəcək” KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə İran rəhbərliyinə qarşı görünməmiş dərəcədə sərt xəbərdarlıq edib. O bildirib ki, əgər İran “Azadlıq Layihəsi” (Project Freedom) çərçivəsində ticarət gəmilərini müşayiət edən ABŞ hərbi gəmilərinə hücum edərsə, bu ölkə “yer üzündən silinəcək”.

KONKRET.az xəbər verir ki, Tramp Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məsələsində qətiyyətli olduqlarını vurğulayıb. ABŞ liderinin bu bəyanatı CENTCOM-un Hörmüz boğazında kommersiya gəmiçiliyinə mane olan İrana məxsus 6 kiçik gəmini məhv etməsi barədə açıqlamasından dərhal sonraya təsadüf edir.

Xatırladaq ki, son günlər regionda, xüsusilə Hörmüz boğazı və BƏƏ sahillərində raket və dron hücumları ilə bağlı gərginlik pik həddə çatıb. Trampın bu çıxışı Vaşinqtonun Tehranla danışıqlarda “ya real saziş, ya da hərbi zərbə” prinsipindən geri çəkilmədiyini bir daha nümayiş etdirir.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
1
konkret.az

2Mənbələr