AZ

Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib

Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.

Gənclər və İdman Nazirliyindən (GİN) "Far.Az"a verilən məlumata görə, GİN və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda 6 kişi və 5 qadın komandası mübarizə aparıb.

Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin kollektivi birinci yeri tutub. SOCAR ikinci, TƏBİB isə üçüncü pillədə qərarlaşıb.

Kişilər arasında da Fövqəladə Hallar Nazirliyinin komandası qalib olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Dövlət Gömrük Komitəsi və "Azərbaycan Dəmir Yolları" QSC-nin komandaları tutublar.

Seçilən
16
1
far.az

2Mənbələr