
“Rusiya, Prezident Vladimir Putinin qərarından sonra Ukrayna ilə 2 günlük atəşkəs elan edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atəşkəs iki gün - 8 və 9 may 2026-cı il tarixlərində davam edəcək.
“Ukrayna tərəfinin də eyni addımı atacağını gözləyirik”, - nazirlik vurğulayıb.
Qeyd edilib ki, əgər Ukrayna Qələbə Günü paradını pozmağa cəhd edərsə, Rusiya qüvvələri Kiyevin mərkəzinə cavab olaraq kütləvi raket zərbəsi endirəcək: