Dövlət qurumlarının əməkdaşları arasında voleybol üzrə yarış keçirilib.
Gənclər və İdman Nazirliyindən (GİN) 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasınin birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində baş tutan turnirdə 6 kişi və 5 qadın komandası mübarizə aparıb.
Qadınların yarışında Fövqəladə Hallar Nazirliyinin komandası bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. SOCAR ikinci, TƏBİB isə üçüncü pillədə qərarlaşıb.
Kişilərin mübarizəsində də FHN komandası uğurlu çıxışı ilə seçilərək qalib adını qazanıb. İkinci yeri Dövlət Gömrük Komitəsi, üçüncü yeri isə Azərbaycan Dəmir Yollarınin komandası əldə edib.
Qeyd edək ki, turnir dövlət qurumları arasında sağlam rəqabətin və idmanın təşviqi məqsədilə təşkil olunub.