AZ

Yeniyetmə övladını evliliyə məbcur etdi

Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olundu

Publika.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı Şəki rayon sakini 16 yaşına çatmayan şəxsin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.

Məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər-Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.

Seçilən
9
13
publika.az

10Mənbələr