AZ

Yaz aylarında allergik reaksiyalar -Gizli epidemiya

İqlim dəyişikliyi səbəbindən polen (çiçək tozu) mövsümü əvvəlki illərə nisbətən daha erkən başlayıb və daha uzun sürür.

Redaktor.az bu barədə  "The Lancet" tibb jurnalına istinadən xəbər verir.

Həkimlər xəbərdarlıq edirlər ki, bu il "hay fever" (ot qızdırması) simptomları daha ağır keçə bilər. Xüsusilə meşəlik ərazilərdə göbələk sporlarının və polenlərin qarışması astma və kəskin respirator xəstəlikləri olan şəxslər üçün ciddi risk yaradır. Ekspertlər səhər saatlarında – polen sıxlığının ən yüksək olduğu vaxtda – açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.

Xədicə BAXIŞLI

Seçilən
18
1
redaktor.az

2Mənbələr