Rusiya 9 May paradını pozmağa yönəlmiş hər hansı cəhd olacağı təqdirdə Kiyevin mərkəzinə cavab zərbələrinin endirilə biləcəyi ilə bağlı Ukraynanı xəbərdar edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Eyni zamanda Ukrayna paytaxtında yaşayan mülki şəxslərə və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına şəhəri tərk etmək tövsiyə olunub.