Tarix qəribə yoxa çıxma hekayələri ilə doludur. Üstəlik, UFO-lar bu yoxa çıxma hekayələrinin bəzilərində aparıcı rol oynayır. Əlbəttə ki, bəzi insanlar UFO-ların və yadplanetlilərin bəzi insanların müəmmalı yoxa çıxmalarında rol oynaya biləcəyinə qəti şəkildə inanmırlar. Əgər siz yadplanetlilərin heç vaxt heç kimi qaçırmadığına inananlardansınızsa, 1975-ci ildə izsiz yoxa çıxan amerikalı musiqiçi Cim Sallivanın hekayəsini eşitdikdən sonra fikrinizi dəyişə bilərsiniz.
KONKRET.az “UFO” adlı albomu buraxdıqdan sonra müəmmalı şəkildə yoxa çıxan musiqiçi Cim Sallivan haqqında yazı təqdim edir.
Musiqiçi Cim Sallivan “UFO” adlı albom buraxıb və altı il sonra müəmmaıı şəkildə yoxa çıxıb. Sallivan 1969-cu ildə “UFO” adlı albom buraxdı. Lakin, UFO albomunu buraxdıqdan altı il sonra amerikalı musiqiçi olduqca qəribə bir şəkildə yoxa çıxıb. Onun harada olduğu və ya hətta sağ olub-olmadığı barədə heç bir iz tapılmayıb. Bəzilərinə görə, bütün bunlar yalnız bir şübhəlini göstərirdi: yadplanetlilər.
Cim Sallivan 13 avqust 1940-cı ildə ABŞ-da anadan olub.
Uşaqlıq illərində ailəsi ilə birlikdə Nebraskadan Kaliforniyanın San Dieqo şəhərinə köçüb. Yeniyetməlik illərinin ilk illərini orada keçirib. Sallivan gəncliyində yaxşı basketbolçu kimi tanınırdı. O, həmçinin musiqidə də istedadlı idi. Bölgəsindəki blyuz qruplarının təsiri ilə musiqiyə daha çox cəlb olunub.
Peşəkar musiqi karyerasına 1960-cı illərdə başlayıb.
Dostları ilə birlikdə yaratdığı “Survivors” qrupunun aparıcı vokalisti olub, həmçinin öz mahnılarını yazıb və gitara çalıb. Lakin Sallivanın musiqi karyerası istədiyi sürətlə irəliləmirdi, ona görə də yeni bir şey sınamaq qərarına gəlib.
1968-ci ildə həyat yoldaşı və uşağı ilə birlikdə Los-Ancelesə köçüb.
Bu qərar Sallivanın musiqi karyerası üçün son dərəcə faydalı oldu. Öz mahnılarını və bəstələrini yazmağa və ifa etməyə davam edən müğənni Los-Ancelesin əyləncə və incəsənət səhnəsində tanınmış bir şəxsə çevrildi.
Bu qərar Sallivanın musiqi karyerası üçün son dərəcə faydalı oldu. Öz mahnılarını yazmağa və ifa etməyə davam edən müğənni Los-Ancelesin əyləncə və incəsənət səhnəsində tanınmış bir şəxsə çevrildi.
O, Hollivud ulduzları ilə dolu şəhərin əyləncə məkanlarında çıxış etdi və ABŞ əyləncə sənayesindəki mühüm şəxslərlə görüşmək imkanı qazandı. Xüsusilə Li Meyjors, Li Marvin və Harri Din Stanton kimi aktyor və müğənnilərlə dostlaşmağı bacardı. Əslində, məşhur Hollivud simaları ilə olan bu dostluqlar onun indi kult filmi olan “Easy Rider” (1969) filmində kiçik bir rol almasına səbəb oldu. Elə həmin il sənətçi onun həyat hekayəsini olduqca maraqlı edəcək bir albom buraxdı.
Cim Sallivan 1969-cu ildə “UFO” albomunu buraxdı.
Cəmi 10 fərqli mahnıdan ibarət albom Los-Ancelesdəki Sallivan pərəstişkarlarının qəlbini fəth etdi. Albomdakı sirli mahnılar, xüsusən də “UFO” bir çoxları tərəfindən yaxşı qarşılandı. Cim Sallivan şəhərin görkəmli məkanlarında çıxış etməyə və musiqi karyerasını davam etdirməyə davam etdi.
Lakin o, heç vaxt istədiyi uğuru əldə edə bilmədi. Mahnıları Los-Anceles xalqı tərəfindən əzbər bilinsə də, milli şöhrət qazana bilmədi. Karyerasını inkişaf etdirə bilməməsi onu dərin depressiyaya və alkoqolizmə apardı…
Musiqiçi 4 mart 1975-ci ildə Los-Ancelesdən Tennessiyə yola düşdü.
O, karyerasında yeni bir fəsil açmaq istəyirdi. Lakin bu səyahət amerikalı musiqiçinin sonuncu səyahəti oldu. Ailəsi və dostları bu bədbəxt musiqiçidən bir daha xəbər ala bilmədilər. Onun sağ olub-olmadığı heç vaxt məlum olmayıb. Bu müəmmalı yoxa çıxma bir çox sualı cavabsız qoydu.
Lakin bəziləri üçün bu, olduqca qəribə və qeyri-adi bir hekayə idi. Ən populyar albomu “UFO” olan müğənninin qəfil yoxa çıxması bəzi sui-qəsd nəzəriyyələrinə səbəb oldu…
Bəs Cim Sallivana nə oldu?
Sallivanın yoxa çıxmasından sonrakı araşdırmalar musiqiçinin yoxa çıxmazdan əvvəl yaşadıqları ilə bağlı bəzi detalları ortaya çıxardıb.
Müğənni 4 mart 1975-ci ildə yola düşüb. O, ertəsi gün magistral yolda polis nəzarət məntəqəsində görülüb. Daha sonra onun Nyu-Meksikoda La Mesa adlı bir motelə getdiyi müəyyən edilib. Lakin ətraflı araşdırma nəticəsində məlum olub ki, o, moteldə qalmayıb.
Amerikalı musiqiçinin avtomobili La Mesa motelindən təxminən 40 kilometr aralıda yerləşən tərk edilmiş bir ferma evində tapılıb.
Bir nəzəriyyəyə görə, Sullivan Nyu-Meksiko səhralarında azıb və orada ölüb.
Bu nəzəriyyəyə görə, musiqiçinin izinin tapılmamasının səbəbi səhradakı vəhşi heyvanlardır. Bəziləri Sullivanın öz iradəsi ilə səhraya getdiyini və orada ölməsini gözlədiyini düşünür. Bununla belə, “UFO” albomu ilə diqqəti cəlb edən musiqiçinin yadplanetlilər tərəfindən qaçırıldığına və dünyanı UFO-da tərk etdiyinə inananlar da çoxdur.//sfera.az


