AZ

İnsan kəllə sümüyünün forması sürətlə dəyişir

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Köhnə ailə albomlarına baxarkən və ya tarix kitablarındakı qara-ağ portretləri incələyərkən keçmiş dövrlərdə insanların üz cizgilərində izahı çətin fərqlilik hiss olunur. Bu fərq adətən dövrün geyim tərzinə, foto texnikasına və ya ciddi ifadələrə bağlanır.

Qaynarinfo xəbər verir ki, Tokio Universiteti tərəfindən aparılan yeni araşdırma bu fərqin yalnız estetik deyil, birbaşa sümük quruluşu ilə əlaqəli olduğunu sübut edib.

Alimlər insan kəllə sümüyünün cəmi bir neçə nəsil ərzində sürətlə dəyişdiyini müəyyənləşdirib. Başqa sözlə, təkcə həyat tərzimiz deyil, başımızın fiziki forması da zamanla uyğunlaşaraq yenidən formalaşır.

Tədqiqatçılar bu dəyişimi araşdırmaq üçün 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid kəllə sümüklərini müasir dövr insanları ilə müqayisə ediblər. Ümumilikdə 56 tarixi nümunə 2020-ci illərdə vəfat etmiş insanların anatomik göstəriciləri ilə qarşılaşdırılıb. Kompüter tomoqrafiyası vasitəsilə 161 müxtəlif nöqtədən əldə edilən məlumatlar insan başının zaman içindəki dəyişimini aydın şəkildə ortaya qoyub.

Nəticələr keçmişdə daha oval və uzunsov olan kəllə formalarının müasir dövrdə daha geniş və yumru strukturlarla əvəz olunduğunu göstərir. Xüsusilə kişilərdə bu dəyişiklik daha qabarıq müşahidə edilir və qadınlarla kişilər arasındakı kəllə fərqlərinin tarixdə heç olmadığı qədər aydınlaşdığı bildirilir.

Ətraf mühit amillərinin təsiri

Bəs bu qədər qısa zamanda, təkamül üçün "göz qırpımı” sayılacaq müddətdə sümük quruluşu necə dəyişə bilər? Mütəxəssislərin fikrincə, bu proses genetik mutasiyadan çox qidalanma və sağlamlıq şəraitinin yaxşılaşması ilə bağlıdır. Müasir qidalanmada yumşaq ərzaqların artması çənə əzələlərinə düşən yükü azaldıb. Bu isə üz skeletinin inkişafına birbaşa təsir göstərib. Eyni zamanda boy artımına təsir edən ətraf mühit faktorları kəllənin yuxarı hissəsinin də genişlənməsinə səbəb olub. Orta əsrlərə aid "Qara ölüm” dövründən qalan skeletlər üzərində aparılan oxşar tədqiqatlar da beyin boşluğunun zamanla təxminən 10 millimetr genişləndiyini təsdiqləyir.

İnsan skeletinin bu qədər çevik və xarici təsirlərə açıq olması məhkəmə tibbindən arxeologiyaya qədər bir çox sahə üçün mühüm nəticələr doğurur. Əgər insan skeleti düşündüyümüzdən daha sürətlə dəyişirsə, keçmişi analiz etmək üçün istifadə olunan metodların da yenilənməsi zərurət yarana bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
qaynarinfo.az

1Mənbələr