Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
QoçBu gün ünsiyyətdə və düşüncələrinizdə müəyyən gərginliklər yaşana bilər. Xüsusilə pulla bağlı məsələlərdə və şəxsi məlumatların qorunmasında daha diqqətli olmağınız məsləhətdir. Mövcud vəziyyət diqqətinizi bir yerə toplamağa kömək etsə də, narahatlıqlar səbəbindən hadisələrə dar çərçivədən baxa bilərsiniz. Ciddi mövzulardan qaçmaq lazım deyil, lakin kiminsə sizinlə manipulyasiya oyunları oynamasına imkan verməyin. Dərin düşünmək sizə yeni və orijinal ideyalar qazandıracaq, bu isə həm münasibətlərinizi, həm də maddi vəziyyətinizi yaxşılaşdırmağa imkan verəcək. Günün ikinci yarısında üzərinizə düşən öhdəliklər və hədəflər daha çox ön plana çıxacaq.BuğaBu gün söhbətlər və düşüncələr həmişəkindən daha ciddi xarakter ala bilər. Müəyyən bir problemə həddindən artıq bağlana bilərsiniz və ya üzərinizdə iş təzyiqi hiss edərsiniz. Ünsiyyətdə nümayiş etdirilən müdafiə mövqeyi sağlam dialoqa mane ola bilər. Karyeranızda gözlənilən dəyişikliklər, hadisələrə nəzarəti itirmək və ya rəqabətdən geri qalmaq qorxusu sizdə gərginlik yaradacaq. Ən zəif və həssas olduğunuz sahələri gücləndirmək üçün konkret planlar hazırlayın və bu strategiyanı addım-addım həyata keçirin.Əkizlərİnsanların inadkarlığı və ya deyilənləri həddindən artıq şəxsi qəbul etməsi bu gün sizi çətin vəziyyətə sala bilər. Gizli saxladığınız bir sirr və ya hansısa məsələdən kənarda qalmaq hissi sizə ağır gələ bilər. Çox düşünmək və çiyinlərinizdəki iş yükünün çoxluğu stress yaradacaq. Özünüzü həddindən artıq yormayın və imkanlarınızdan artıq öhdəliklər götürməyin. Fikir ayrılıqları və anlaşılmazlıqlar yarana bilər. Sizi qərar verməyə məcbur etdikdə daha çox inadkarlıq göstərə bilərsiniz. Keçmişdən qalan həll olunmamış məsələlər beyninizi qarışdıra bilər. Mənfi düşüncələrdən uzaq durmağa çalışın və bu narahatlığı problemləri həll etmək üçün motivasiyaya çevirin.XərçəngBu gün münasibətlərinizdə qeyri-sabitlik hökm sürə bilər. Heç bir niyyətiniz olmasa belə, ətrafınıza bir qədər gərgin enerji yaya bilərsiniz. Qarşı tərəfin sizə çox bağlı olması və ya həddindən artıq müstəqil davranması ilə bağlı daxilinizdə gəzdirdiyiniz incikliklər üzə çıxa bilər. Dərin düşünmək faydalıdır, lakin vəziyyəti vəsvəsə dərəcəsinə çatdırmaq sizə yalnız zərər verər. Baş verən münaqişələr vasitəsilə yeni həqiqətləri kəfş edə bilərsiniz, ona görə də hadisələrin yaradıcı tərəfini görməyə çalışın. Lazımi məlumatları toplamadan tələsik qərarlar verməkdən qaçın. Ətrafınızda bəzi dedi-qodular ola bilər, bu gün deyilən hər şeyə inanmayın. Günün sonunda hər şeyi müşahidə edərək nəticə çıxarmağa hazır olacaqsınız.ŞirGünün ilk saatları hadisələri axarına buraxmaq və dincəlmək üçün çox əlverişlidir. Lakin yaxın münasibətlərinizdə bəzi nüfuz mübarizələri yarana bilər. Mövcud narahatlıqları problemləri həll etmək üçün bir fürsət kimi dəyərləndirin. İş həyatınızda və şəxsi əlaqələrinizdə yaranan narazılıqlar zövq və üslub fərqliliklərini daha çox qabardacaq. Xüsusilə işgüzar və rəsmi ünsiyyətdə danışığınıza çox diqqət yetirin, çünki dediyiniz sözlər uzun müddət yaddaşlarda qala bilər. Diqqətinizi əsas hədəflərdən yayındıran xırda məsələlərə köklənməyin. Narahat olmaq əvəzinə, həyatınızda dəyişmək istədiyiniz sahələr üçün plan qurun.QızGünün başlanğıcı sakit və sadə keçə bilər. Lakin günün irəliləyən saatlarında yaranan gərginliklər daxili qorxu və narahatlıqlarınızı tətikləyə bilər. Detalları görmək qabiliyyətiniz mükəmməl olsa da, bu gün böyük mənzərəni qaçıra bilərsiniz. Mövcud faktlar və daxili hissləriniz sizə tamamilə fərqli şeylər deyə bilər ki, bu da qərar verməyi çətinləşdirəcək. Fikir ayrılıqları bu gün həmişəkindən daha ciddi görünə bilər. Bir mövzuya çox qapılmaq sizi əsas işlərinizdən yayındıra bilər. İdeyalarınızın başqaları tərəfindən dərhal qəbul edilməsi üçün israr etməyin.TərəziBu gün nəzarəti əldə saxlamaq məsələsi qarşınızda əsas problem kimi dayana bilər. Mövcud vəziyyətdən narazı qalsanız da, bu hiss sizi daha yaxşı addımlar atmağa həvəsləndirə bilər. Beyninizdə çox sayda fikrin fırlanması stress səviyyənizi artıra bilər, ona görə də yalnız vacib məsələlərə diqqət yetirin. Şəxsi münasibətlərdə balansın pozulduğunu və ya bəzi məyusluqlar olduğunu hiss edə bilərsiniz. Kimsə tərəfindən idarə olunmaq hissinə qarşı böyük müqavimət göstərə bilərsiniz. Lakin buna cavab olaraq vəziyyəti manipulyasiya etməyə çalışmayın, sadəcə özünüzü idarə edin. Həyatınızdakı bəzi şeyləri dəyişmək istəyirsinizsə, hələlik tələsməyin və hər şeyi öncədən planlaşdırın.ƏqrəbBu gün xüsusilə işgüzar danışıqlar, sövdələşmələr və tərəfdaşlıqlar barədə dərindən düşünə bilərsiniz. Təhlükəsizlik və sabitliklə bağlı narahatlıqlarınız yaransa da, daxili qorxularınızı analiz etmək sizə yeni şəraitə uyğunlaşmaqda kömək edəcək. Kiminsə sizinlə eyni fikirdə olmaması və ya dəyərlərinizi bölüşməməsi sizi çox narahat etməməlidir. Daxili ambisiyalarınız və qorxularınız arta bilər. İnsanlar bu gün sizin həssas nöqtələrinizə toxuna bilərlər, amma bunun sayəsində həyatınıza mane olan qorxuları daha aydın görəcəksiniz. Fikirləriniz daha dərin mövzulara yönəlsə də, bu proses həyatınızı daha yaxşı idarə etmək üçün sizə yeni yollar göstərəcək.OxatanGünün ilk saatlarında özünüzü olduqca gümrah və enerjili hiss edəcəksiniz. Lakin gün irəlilədikcə sizə heç bir xeyri olmayan məsələlər haqqında çox düşünmək meyliniz arta bilər. Ümumi bir təzyiq altında olduğunuzu hiss edə bilərsiniz. Həyatınızın gizli qalan tərəfləri daha çox əhəmiyyət qazanacaq. Vaxtınızı və enerjinizi alan tək bir düşüncəyə və ya tənqidə qapılmaqdan çəkinin. İnsanların sizin baxış bucağınızı anlamamasını və ya sizinlə razılaşmamasını çox şəxsi qəbul etməyin. Həm özünüzə, həm də ətrafınızdakılara qarşı anlayışlı olun və sirlərinizi bölüşərkən ehtiyatlı davranın. Tələsik qərarlardan və emosional bəyanatlardan qaçın. Tezliklə baxış bucağınız genişlənəcək və bu gərginliklər yeni ideyalara çevriləcək.OğlaqGünün ilk yarısında daha çox şəxsi maraqlarınıza uyğun hərəkət etmək istəsəniz də, saatlar keçdikcə sadəcə söhbət etmək deyil, kiməsə nəyisə sübut etmək istəyi ön plana çıxacaq. Zehni gərginlikdən uzaq durmaq üçün diqqətinizi gördüyünüz işlərə və əldə edə biləcəyiniz real nəticələrə yönəldin. Bu, hər hansı layihəni dərindən araşdırmaq üçün əla vaxtdır. Hisslərinizi qaydaya salmaq üçün sizə sadəcə kiçik dəyişiklik kifayət edə bilər. Unutmayın ki, hazırda ünsiyyət qurmaq bir qədər çətindir və problemlərin üzərində çox dayanmaq meyli güclüdür. Başqalarının sizdən nəsə tələb edərkən maraq güddüyünü hiss edirsinizsə, çox güman ki, haqlısınız.DolçaYaxın zamanda hadisələrə daha geniş pəncərədən baxa biləcəksiniz, lakin bu gün diqqətiniz yalnız cari problemlərə və narazılıqlara yönələ bilər. Xırda məsələləri həddindən artıq böyüdərək onlara layiq olduqlarından daha çox enerji verə bilərsiniz. Fərqli baxış bucaqlarını nəzərə almadan qəti qərarlar verməyin. Bu gün ünsiyyət zamanı köhnə incikliklər və ya narazılıqlar yenidən ortaya çıxa bilər, buna görə də tələsik cavab verməkdən çəkinin. Sizi çıxılmaz vəziyyətə salan eyni münasibət formalarını təkrar etmək məcburi deyil, lakin bu vərdişləri qırmaq sizdən xüsusi səy tələb edəcək.BalıqlarGünün başlanğıcında inkişafınıza kömək edən məsələlərə daha çox maraq göstərəcəksiniz. Lakin gün ərzində yaranan bəzi gərgin mövzular sağlam düşünməyinizə və düzgün ünsiyyət qurmağınıza müvəqqəti mane ola bilər. Bəzi günahkarlıq və narahatlıq hissləri ilə mübarizə aparmalı ola bilərsiniz ki, bu da düşüncələrinizi bulandıra bilər. Bu hisslərin daxilinizdə böyüməsinə və xoşbəxtliyinizə mane olmasına imkan verməyin. Onların əsl səbəbini tapmağa və daxili narahatlıqlarınızı həll etməyə çalışın. İnsanların danışıqlarında gizli mənalar axtarmaqdan və lazımsız informasiyalarla beyninizi doldurmaqdan qaçın. Sizin üçün əsl rahatlıq artıq fikirləri zehninizdən təmizləməkdir.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.