Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Grand Theft Auto VI” oyununun 80 dollar qiyməti ilə satışa çıxarılması bütün oyun sənayesi üçün dönüş nöqtəsi ola bilər”.
“Qafqazinfo” “Seeking Alpha” portalına istinadən xəbər verir ki, bu proqnoz “Bank of America”nın analitiki Omar Dessuki tərəfindən hazırlanan hesabatda yer alıb.
Ekspertin fikrincə, bu qiymət səviyyəsi layihənin nəhəng miqyasına tam uyğundur:
“GTA VI kimi flaqman bir layihənin 80 dollardan təklif edilməsi bazarda yeni bir ssistem yaradacaq. Əgər belə bir iri miqyaslı oyun daha aşağı qiymətə satılarsa, digər şirkətlərin öz məhsullarının qiymətini artırmaq üçün gətirəcəyi arqumentlər əsassız görünəcək. Videooyun sənayesi hazırda istehsal xərclərinin kəskin artması və inkişaf proseslərinin mürəkkəbləşməsi ilə üz-üzədir. Qiymət artımı bu xərclərin kompensasiya edilməsi üçün əsas alətlərdən biri hesab olunsa da, əsas yük sonda istehlakçının üzərinə düşür”.
Xatırladaq ki, oyunun rəsmi satış qiyməti hələ də gizli saxlanılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.