AZ

Rezidentura ilə bağlı imtahanın nəticələri açıqlandı

Sia Az saytına istinadən ain.az xəbər verir.

Rezidenturaya qəbul olmaq üçün 3 may 2026-cı il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələri elan edilib. SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1702 namizəddən 34 nəfəri imtahana gəlməyib.

556 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib. Müsabiqə şərtini ödəyənlərdən 279 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 3-də keçirilən imtahanda 114 nəfər bu ilin, 163 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 277 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 674 namizəd də birbaşa ikinci mərhələyə - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 5 may saat 10:00-dan 6 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 21-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 25 may - 4 iyun 2026-cı il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.

Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 9-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul" nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Mətləb

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Təhsil

Şagirdlərin ildə 2 dəfə imtahan verməsi üstünlükdür, yoxsa əlavə çətinlik? - EKSPERT AÇIQLADI

Təhsil

Dövlət qulluğu vəzifələri üzrə imtahanlara qeydiyyat aparılır

Təhsil

Azərbaycanlı şagirdlərin 2 min poçt kartı raketlə kosmosa göndəriləcək

Təhsil

Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb

Təhsil

"Yüksək bal toplayanların sayı əhəmiyyətli dərəcədə azalır" - EKSPERT DANIŞDI

Təhsil

Subbakalavrların qeydiyyatı başlayıb

Təhsil

Bakı Slavyan Universitetində II “Təlimdən Bacarığa” Forumu keçirilib. - FOTOLAR

Təhsil

Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılır

Təhsil

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Təhsil

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

Təhsil

Gələn həftə 1-ci siniflərə qəbul başlayır

Təhsil

Biz inklüziv təhsili həqiqətən tətbiq etməyə hazırıq, yoxsa sadəcə onun adını daşıyırıq?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
29
sia.az

10Mənbələr