AZ

CAR da itkin düşmüş biznesmenin faciəli aqibəti

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

CAR-da bir neçə gün əvvəl itkin düşmüş iş adamı Qabriel Batistanın aqibəti bilinib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun timsah tərəfindən parçalandığı bəlli olub.

59 yaşlı mehmanxana sahibini sonuncu dəfə Timsah çayı üzərindəki körpüdə görmüşdülər. Ondan sonra Batistadan bir xəbər yox idi. Bir neçə günlük axtarışlardan sonra həmin ərazidə 4,5 metr uzunluğu, 500 kq çəkisi olan timsah polislərin diqqətini çəkib. Vurulan timsahın qarnı yarıldıqda isə oradan insana məxsus 2 əl və bədən hissələri aşkarlanıb. Böyük ehtimalla qalıqlar itkin düşmüş iş adamına məxsusdur. Hər halda dəqiq məlumat DNT analizindən sonra veriləcək.

Qeyd edək ki, timsahın qarnı yarılarkən oradan 6 ayaqqabı və 1 cüt çimərlik çəkələyi də çıxıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
525.az

1Mənbələr