AZ

Səhər, günorta, yoxsa axşam? Duş almağın ən uyğun vaxtları

ain.az bildirir, Milli.az portalına istinadən.

Duş qəbul etməyin günün hansı saatında daha faydalı olduğu barədə müxtəlif fikirlər mövcuddur. Mütəxəssislər bildirirlər ki, bu, insanın gündəlik rejimindən və bədəninin ehtiyaclarından asılıdır.

Milli.Az xəbər verir ki, səhər saatlarında duş qəbul etmək orqanizmi oyadır, qan dövranını sürətləndirir və günə daha enerjili başlamağa kömək edir. Bu səbəbdən erkən oyanmaqda çətinlik çəkənlər üçün daha çox tövsiyə olunur.

Günorta vaxtı duş isə xüsusilə isti havalarda bədəni sərinlətmək və gün ərzində yaranan yorğunluğu azaltmaq üçün əlverişli sayılır. Stressin azalmasına da müsbət təsir göstərir.

Axşam duşu isə gün ərzində yığılan kir və tozun təmizlənməsinə şərait yaradır, həmçinin rahatlaşdırıcı təsiri ilə daha rahat yuxuya getməyə kömək edir.

Mütəxəssislərin ümumi qənaətinə görə, duşun "ən doğru" vaxtı yoxdur. Əsas şərt onun müntəzəm şəkildə qəbul edilməsidir. Bununla belə, yuxu keyfiyyətini artırmaq istəyənlər üçün axşam, enerji dolu gün üçün isə səhər duşu daha məqsədəuyğun hesab olunur.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
news.milli.az

1Mənbələr