AZ

Zelenski Moskvaya cavab verdi: Ukrayna mayın 6-dan “sükut rejimi” elan edir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs çağırışına cavab verib.

Musavat.com xəbər verir ki, Zelenski Ukraynanın 8-9 may tarixlərində döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Rusiyadan rəsmi müraciət almadığını bildirib.

O qeyd edib ki, insan həyatı istənilən ildönümü tədbirindən daha dəyərlidir.

Zelenskinin sözlərinə görə, Ukrayna mayın 6-sı saat 00:00-dan etibarən “sükut rejimi”nə hazırdır və bu məsələdə qarşı tərəfin addımlarına uyğun, yəni güzgü prinsipi ilə davranacaq.

Ukrayna lideri əlavə edib ki, qalan müddətdə atəşkəsin təmin olunması realdır. O, Rusiya hakimiyyətini müharibənin başa çatması üçün konkret addımlar atmağa çağırıb.

 

Musavat.com

Seçilən
2
19
musavat.com

10Mənbələr