AZ

Hakim Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsdən üzr istəyib

BAKI, 5 may. TELEQRAF

ABŞ-də hakim Ziya Faruki prezident Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan Koul Tomas Allənin saxlanma şəraitini tənqid edib və ondan üzr istəyib.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Hakim bildirib ki, təqsirləndirilən şəxslə onun indiyədək baxdığı işlərdəki digər şəxslərdən fərqli şəkildə davranılıb.

Qeyd edək ki, aprelin 26-na keçən gecə Vaşinqtonda Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyi zamanı atışma səbəbindən Tramp və ABŞ administrasiyasının digər nümayəndələri təcili təxliyə edilib. Atəş açan şəxs saxlanılıb.

Daha sonra Vaşinqton federal məhkəməsi ona ABŞ prezidentinə qarşı sui-qəsd cəhdinə görə rəsmi ittiham irəli sürüb.

Seçilən
30
teleqraf.com

1Mənbələr