AZ

I Ümumittifaq Türkoloji Qurultay milli mətbuatda

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

(əvvəli qəzetin 11, 15 və 21 aprel 2026-cı il tarixli saylarında)

Azərbaycan işçi və qəntillərini böyük şadlıqla təbrik edirəm. Onların yeni mədəniyyətə keçmək üçün qəbul etdikləri əlifbası I Türkoloji Qurultaya toplanmış türk-tatar qövmləri və Şimali Qafqaz xalqları tərəfindən qəbul olundu.

S.Ağamalıoğlu

I Ümumittifaq Türkoloji Qurultayı3 mart, səhər iclası

İclası Ağamalıoğlu yoldaş açır və məruzə üçün yoldaş Jirkova söz verir.Professor Jirkovun məruzəsi

İndiki halda keçirdiyimiz zaman bir çox qeyri-türklərdə olduğu kimi, türklərin qarşısına vəzifə qoyacaqdı.

Türk xalqları və bir çox başqaları öz milli mədəniyyətlərinin bahar çağındadırlar; onun üçün də yüksək texnika, poliqraf sənayesində duran əlifbaya malik olmaq arzusu durur.

Əlifba yazı üçün bir alətdir. Pis çərtilmiş qələmlə yaxşı yazamazsın; ucu sivri olmayan karandaş da gözəl və asan yazamaz. Demək ki, fəna əlifba ilə də yazı yazmaq mümkün deyildir.

Texniki nöqteyi-nəzərdən əlifbanı 3 əsas hissəyə bölmək olar. Birincisi, oxucunun gözlərinə layiq olması və zərər yetirməməsi; ikincisi, məşhur əlifbanın kağız üzərində şəklidir; üçüncü cəhət isə, asan mənimsəmək, pedaqoji nöqteyi-nəzərdir ki, əhalini tez təlim etmək olar və onlarda asanlıqla bu alətdən istifadə edə bilərlər.

Məruzəçi ərəb və latın əlifbasını bu nöqteyi-nəzərlərdən təsvir edərək göstərir ki, burada müstəsnalıq qazanan latın əlifbasıdır; burada əlifba asancasına fərq edilir və mətbəə texnikasına da əlverişlidir.

Ərəb hərflərinin islahına gəldikdə isə, bu islahlar nə qədər müvəffəqiyyətli olsa da, latın hərflərinin yerini tuta bilmir.

Bunu əsas götürərək Azərbaycanda latın əlifbasının keçirilməsi başladı; digər türk xalqları da bu yola çıxmalıdırlar. Azərbaycanın keçirdiyi təcrübə müvəffəqiyyətli çıxdı.

Jirkov yoldaşın zənninə görə, islah edilmiş ərəb əlifbasını da keçirmək lazım deyildir; belə ki, bir islah ən qiymətli nöqteyi-nəzərdən tərəqqidə islah fikrini axsadır. Biz qatarı bir yol ilə burakmışıqsa, dəmir yol strelkasını dəyişdirirsək, mütləq toqquşma olacaqdır.

Bu strelkayı qatarın getdiyi cəhətə çevirməliyiz.

Sonra qurultay gündəlik məsələlərdən olan “Türk xalqlarının əlifbası” məsələsinə keçir. Bu məsələ xüsusunda birinci olaraq Məhəmməd-zadə yoldaş məruzədə bulunur.

Şiddətli alqışlarla Məhəmməd-zadə kürsüyə çıxır.

* * *

Mətn əlifba məsələsini texniki, pedaqoji və mədəni aspektlərdən təhlil edir. Məruzəçi vurğulayır ki, əlifba yazı üçün əsas alət olduğundan onun oxunaqlılığı, texniki uyğunluğu və asan mənimsənilməsi vacibdir. Ərəb və latın əlifbaları bu meyarlar üzrə müqayisə olunur və latın əlifbasının üstünlüyü önə çəkilir: mətbəə texnikasına uyğunluğu, oxucular üçün əlverişliliyi və təlimdə sadəliyi onu praktik və tərəqqiyönlü edir. Ərəb əlifbasının islahı mümkün olsa da, latın əlifbasının funksionallığını əvəz edə bilmir. Mətn həmçinin Azərbaycanda latın əlifbasının tətbiqinin uğurlu olduğunu, digər türk xalqlarının da bu təcrübəni izləməli olduğunu qeyd edir və əlifba dəyişikliklərinin strateji bir yol kimi həyata keçirilməsinin vacibliyini vurğulayır.

Məhəmməd-zadə yoldaşın məruzəsi

Qurultayda qarşımızda terminoloji, orfoqrafiya, ana dili tədrisi metodu məsələləri durur.

Bu göstərilən məsələlərin həlli əlifba haqqında qurultayın nə deyəcəyindən asılıdır.

Bütün Şuralar İttifaqında və xaricdə türk-tatar xalqları öz malları olmayan ərəb əlifbasından qurtulmaq arzu edirlər. Bu xalqların çoxu – azərbaycanlılar, Şimali Qafqaziya vilayət və cümhuriyyətləri, yakutlar yeni türk əlifbası (latın) qəbul etmişlər.

Özbəklər, başqırdlar, Anadolu kəndliləri əski ərəb əlifbasından qurtulmaq və yeni latın əlifbasının qəbulunu istəyirlər.

Türk-tatarların mədəni cəbhəsindəki bu kimi bir hərəkat Oktyabr inqilabının nəticələrindəndir. Əsrlərlə zülm altında yaşayan xalq rus proletariyasının yardımı ilə iqtisadi və siyasi azadlıq alaraq bu inqilabı bütün məlun keçmişin irslərindən də, o cümlədən əski ərəb əlifbasından da qurtulmaq üçün vasitə əldə etdilər.

Fəqət qayət əhəmiyyətli olan bu məsələ iki cərəyan doğurdu: birincisi əski əlifbanın inqilabçılar, ikincisi latın hərfi olan yeni türk əlifbasına keçmək tərəfdarları. Bunlar hər ikisi əsas etibarilə ərəb əlifbasının türk-tatar xalqlarının fonetikasına uyğun olmadığını etiraf edirlər. Ərəb əlifbası nöqtələri, baş hərfləri, zəbərləri, zirləri ilə geniş zəhmətkeş kütlənin savadsızlığının texniki ləğvinə mane olur. Bunun üçün də ziyalı və keçmişdə ruhanilərin malı olub qalmışdı. Beləliklə, yeni yollar axtarılmağa başlandı.

İslahçılar on illərdən bəri on dəfələrlə islahları ilə ufak-təpək şeylər əldə etmişlərdir. Bunlar türk dilinə lazım olmayan bəzi hərfləri atdılar və dördsəsli hərfin yerinə ikisini qəbul etdilər. Bununla onlar əski ərəb əlifbasından, onun nöqtələrindən, soldan sağa yazmalarından qurtulamadılar. Türk dilində olan səsli hərflər üçün lazımi qədər ərəb əlifbasında hərf yoxdur.

Bundan başqa, ərəb əlifbası əsasında qalarsaq, terminoloji, orfoqrafi və ana dili tədris metoduna da əngəl törənər.

Yeni türk əlifba tərəfdarları isə əski əlifbadan əl çəkməklə və latın əlifbasının qəbulu ilə bu nailiyyətləri əldə etmişlər:

1. Yeni türk əlifbasında türk-tatar dilinə lazım olan səsli hərflər vardır.

2. Bu əlifba nöqtəsiz və başqa işarətsizdir.

3. Soldan sağa yazılır. Bununla geniş türk kütləsini tez zamanda Avropa mədəniyyətinə yetişdirmək olar.

4. Musiqi not yazıları yazıla bilir.

5. Ayrı-ayrı hərf vahidləri 120-dən 30 hərfə endirilmişdir.

6. Geniş əhali kütləsinin savadsızlığının ləğvi işi yüngülləşmişdir. Məsələn, ərəb əlifbası ilə 6-8 ayda savadlı olan uşaq və yaşlılar yeni əlifbada çoxu 3-4 ayda ləğv edirlər.

Nəhayət, məruzəçi Şərqdən ayrılacağız və bu kimi sözlər danışan islahçılardan danışaraq deyir ki, biz burada əlifba məsələsinin həlli zamanı kütlədən ayrılmış bir ovuc ziyalını deyil, orta hesabla 90 faiz savadsız olan türk zəhmətkeş kütlə nəzərdə tutulmalıdır.

Azərbaycanda yeni əlifbanın məzhər olduğu nailiyyətdən danışaraq, məruzəçi “Yeni yol” qəzetinin 6.000 abunəçisi olduğunu demişdir. Bu qısa zaman sərfində işçi, kəndli və qızıl ordu arasından 70.000 savadsız işçi savadlanmışdır. O mənimsənilmiş ərəb əlifbasından 70-80 faiz artıq tezdir.

* * *

Mətn Türkoloji Qurultayda əlifba məsələsinin türk-tatar xalqlarının mədəni, pedaqoji və terminoloji inkişafı ilə bağlı strateji əhəmiyyətini vurğulayır. Burada əsas məsələ ərəb əlifbasının türk dillərinin fonetikasına uyğun olmaması, nöqtələr və diakritik işarələrin geniş xalq kütləsi üçün oxunma və təlim çətinliyi yaratmasıdır. Mətn göstərir ki, islahçılar tərəfindən aparılan cəhdlər səthi dəyişikliklərdən ibarət olmuş, lakin türk dilinin səs sisteminə uyğun effektiv həll təmin etməmişdir. Latın əlifbasının qəbulunun əsas arqumenti həm texniki uyğunluğu, həm də geniş kütlənin savadsızlıq səviyyəsini aradan qaldırmaq və elmi, pedaqoji inkişafı sürətləndirmək qabiliyyətidir. Mətn eyni zamanda, Oktyabr inqilabının türk-tatar xalqlarının mədəni modernləşməsinə və əski əlifbadan qurtulmasına vasitə yaratdığını göstərir, eyni zamanda, yeni türk (latın) əlifbasının praktik və pedaqoji üstünlüklərini sistemli şəkildə təqdim edir. Əlifbanın türk dillərinin səs quruluşuna uyğunluğu, nöqtəsiz və sadə olması, soldan sağa yazılması kimi xüsusiyyətlər geniş kütlənin savadsızlığını aradan qaldırmaq və Avropa mədəniyyətinə uyğunlaşmasını sürətləndirmək üçün önə çəkilir. Həmçinin musiqi notları kimi texniki tətbiqlərə uyğunluğu, hərf sayının 120-dən 30-a endirilməsi və təlim müddətinin qısalığı vurğulanır. Məruzəçi bildirir ki, əlifba dəyişiklikləri yalnız ziyalıların yox, 90 faizi savadsız türk zəhmətkeş kütləsi üçün nəzərdə tutulmuşdur. Azərbaycanda tətbiq nümunəsi konkret statistika ilə dəstəklənir: yeni əlifba ilə savadlanma ərəb əlifbasına nisbətən 70–80 faiz daha sürətlidir, bu da onun effektivliyini və mədəni transformasiyadakı rolunu göstərir.

Əlimcan (Alimcan) Şərəfin məruzəsi

Sonra məruzədə bulunmaq üçün söz Tatarıstan cümhuriyyəti müməssili və islah edilmiş əlifba tərəfdarı Əlimcan Şərəfə verilir.

Ərəb və latın hərflərinin müqayisəsi belə bir nəticə verir: indiki halda Qərbi Avropada işlənən latın əlifbası türk xalqlarının əsas səslərinin 47, yaxud 50 faizini təmin edir. Digər tərəfdən ərəb əlifbası şimal türk xalqlarına ehtiyacları üçün bütünlüyü ilə mal olmuşdur. Azərbaycan və Türkiyəyə gəldikdə mükəmməl bir fonetik arfoqrafi üçün bu və ya digər arfoqrafi sisteminin qəbulundan asılı olaraq, 3 və ya 6 səsli hərf əlavə etmələri lazım gəlir.

Ərəb sistemi oxuma və yazı işində latın əlifbasına nisbətən 25-dən 30 faizə qədər sürət verir. Mətbəə texnikası xüsusunda əski ərəb əlifbası latına güzəşt gedə bilirsə, yeni islah edilmişlər bəzən latın sisteminə tajik olur.

Azərbaycan və Türkiyə üçün orfoqrafinin çətinliyi məsələsinə gəldikdə onu ərəb sistemi ilə bitərəf etmək olar. Bu kimi hadisə tatar, kazak, başqırd və başqa türk cümhuriyyətlərində də olmuşdur.

Şərəf yoldaş öz məruzəsini bitirərək deyir ki, hərfləri kütlənin həqiqi müdafiəsi olmadan dəyişmək mümkün deyil; bu müdafiə də həqiqi əsassız olmaz.

* * *

Mətn əlifba məsələsini fonetik, orfoqrafik və pedaqoji baxımdan müqayisəli şəkildə təqdim edir. Tatarıstan nümayəndəsi Əlimcan Şərəf vurğulayır ki, latın əlifbası türk xalqlarının əsas səslərinin təxminən 47–50 faizini təmin edir, ərəb əlifbası isə şimal türk xalqları üçün daha tam olsa da, Azərbaycan və Türkiyədə əlavə səsli hərflərin daxil edilməsinə ehtiyac var. Ərəb sistemi ilə oxuma və yazı işində sürət latın əlifbasına nisbətən 25–30 faiz daha aşağıdır və mətbəə texnikası baxımından da əlverişlilikdə çatışmazlıqlar mövcuddur. Məruzəçi nəticə olaraq qeyd edir ki, əlifba dəyişiklikləri yalnız geniş kütlənin dəstəyi ilə, onların həqiqi maraqları nəzərə alınmaqla həyata keçirilə bilər, əks halda, bu dəyişikliklər effektli olmayacaqdır.

Yeni əlifbanın qələbəsi(3 mart, axşam iclası)

Axşamkı iclasda Jirkof və Yakovlev səhərki məruzlərinin çoxdan bəri gözlənən əlifba məsələsi ilə sıx əlaqədar olmasından canlı bir əhval-ruhiyyə vardı. Qurultay 4 gündür ki, davam edir. Burada bir çox böyük alimlərin məruzələri dinlənildi. Türk dillərinin yafisilərlə əlaqədar olaraq etnoqrafisini öyrənmək məsələsi kibi dar akademik məsələ qurultayda bir akademik ruhu törətmişdi.

Bu gün isə qurultay ən canlı və hər kəsi həyəcana gətirən əlifba məsələsindən danışmağa başladı. Yalınız imdi akademiklər, professorlar və mərkəz işçiləri təəssüflərlə etiraf etdilər ki, Orta Asiya bozqırları, uzaq Yakutıstan tundraları və ruslaşmış Edil boyu kibi məhəllərdə türkolojinin böyük nailiyyətlərə məzhər olduğu ilə tanış olmamışlar. Azərbaycan məruzəçisi, yeni əlifba tərəfdarı. Məhəmmədzadə yoldaşın və islahçı olan, Tatarıstan cümhuriyyətinin müməssili Alimcan Şərəfin məruzəsini qurultay dinlər-dinləməz 40 natiq adlarını yazdırdılar.

Əlifba məsələsini birinci gün müzakərəsində 6 ilavə məruzəçi buna rəy verdi. İştə bu günün yeni əlifbanın birinci qələbəsi günü saymaq olar. Alimcan Şərəfin islah edilmiş ərəb əlifbasının nailiyyətləri haqqında uzun və sıxıcı məruzəsi heç bir ruh yüksəkliyinə səbəb olamadı.

Bununla bərabər, yeni əlifba tərəfdarlarının nitq söylədikləri zaman salonu dolduran atəşin gözləri və parlaq yüzləri görmək, bunun xalqlar üçün nə qədər əziz olduğunu anlatırdı. Yeni əlifbayı qəbul edənlərin Avropa elmini, dünya mədəniyyətini özlərinə qəbul edilmiş kibi düşünülürdü.

R.S.K.Ş.C. Mərkəzi nəşriyyat idarəsi müməssili Türyakulof Tatarıstan cümhuriyyəti islahçılarını tənqid edərək dedi ki, “baş hərf” deyilən yazının sadələşməsi sistemi tam məğlubiyyətə məruz qaldı. Bu məğlubiyyəti qurultayda olan sərgi açıqcasına göstərə bilər. Bu baş hərf yalınız birinci səhifədə qala bilir. İçərilərdə isə onlar ərəb yazısı, qanunlarının çərçivəsinə girərək təkrar əski hala dönməyə məcbur olur.

Şimali Kafkasia türk xalqları, birliyi müməssili Ömər Əliyef ərəb əlifbasını tənqid edərək onun öyrənilməsi və tətbiq edilməsində bir çox çətinliklər baş verdiyini gəstərdi. Ömər Əliyef tarixdən lətifələr gətirdi. Bundan əlavə, Türkyədə hərbi məqsədlə alman xəritələrindən istifadə edildiyini də irəli sürdü.

Sonrakı məruzəçi Əmir Bərdi (Türkmənistan) dedi: Latın əlifbasının israrlığını inkar etməyə gəlməz. Məsələn, Azərbaycanda o həyatiliyini sübut etdi.

Bu bəyanat alqışlarla qarşılanır. Sonra ərəb və latın yazısının halını təsvir edərək göstərdi ki, ərəb əlifbası istilahçıları əlifbayı sadələşdirmək deyil, daha da çətinləşdirmələr. “Artıq yeni yollar axtarmağa dəyməz, o tapılmışdır”. (aidətli alqışlar) sonra Kazan nümayəndələri müməssili Alimcan İbrahimof təyin olunmuş reqlamentdən artıq söz olaraq dedi ki, Tatarıstan cümhuriyyəti yeni latın əlifbası əleyhinə əsas etibarı ilə zidd deyildir.

Bu bəyanat alqışlarla qarşılanır.

Sonra İbrahimov deyir ki, ərəb əlifbası ilə ədəbiyyat sahəsində böyük nailiyyətlər əldə edəməyən türk cümhuriyyətlərindən yeni əlifbanın keçirilməsi əqlə müvafiqdir.

İbrahimof öz platformasını göstərməklə dedi ki, əski ərəb əlifbası yaramır (alqışlar), bundan qurtulmaq üçün iki yol vardır. Biri islah, biri də inkilab metodudur. “Əlifba məsələsində biz islah metodu tərəfdarıyız”.

Fəqət əlifba inqilabının vaxtı da çatmışdır. Onun qızıl ordusu Azərbaycan Mədəniyyət Sarayının ağ salonunda öz cəbhəsini möhkəmlədir; heç bir nəzəri maneələrdə yeni əlifbanın qabiliyyətə doğru gedən yolunu kəsəməz; bununla bu əlifba Azərbaycanın milyonlarca zəhmətkeş kütləsinə ümumbəşəri mədəniyyət yolunu göstərir. Bu göstərişlə onlar böyük müəllim İliçin vəsiyyət etdiyi kibi xalqların yeni sosialist əməkdaşlığı yolu ilə getdikdə öz milli varlıqlarını itirməyəcəklər.

V. Vasif

* * *

Axşamkı iclas Türkoloji Qurultayda əlifba məsələsinin mərkəzə çıxmasını və iştirakçılarda yüksək ruhiyyə yaratmasını göstərir. Səhərki məruzələr akademik baxımdan faydalı olsa da, ruhyüksəkliyi yaratmayıb, əsas diqqət yeni latın əlifbasının tətbiqi və onun praktik üstünlüklərinə yönəlib. Azərbaycan və Tatarıstan nümayəndələrinin məruzələri yeni əlifbanın faydalarını vurğulayaraq Avropa elminə inteqrasiyanı təmin etməsini göstərib. Ərəb əlifbasının çətinlikləri, öyrənilməsinin və tətbiqinin problemli olması tənqid olunub. Yeni əlifbanın üstünlüyü – sadələşmiş, oxunması və yazılması asan, savadsız kütlənin qısa zamanda öyrənə biləcəyi sistem vurğulanır. Məruzələr göstərir ki, latın əlifbası yalnız nəzəri deyil, həm də praktik olaraq türk xalqları üçün effektiv və zəruri hesab olunur. Bəyanatlar alqışlarla qarşılanır, bu da iştirakçıların yeni əlifba ilə razılaşdığını göstərir. Məruzəçilər ərəb və latın əlifbalarını müqayisə edərək ərəb əlifbasının sadələşdirilməsinin yetərli olmadığını, əksinə, onu çətinləşdirdiyini vurğulayır. Kazan nümayəndəsi Alimcan İbrahimof bildirir ki, Tatarıstan cümhuriyyəti yeni latın əlifbasına qarşı çıxmır və ərəb əlifbası ilə ədəbiyyat sahəsində yetərli nailiyyət əldə edilmədiyi üçün yeni əlifbanın tətbiqi zəruridir. İbrahimof iki yol göstərir: islah metodu və inqilab metodu. O, islah metodunu tərəfdar hesab edir, amma əlifba inqilabının vaxtının çatdığını vurğulayır. Yeni əlifbanın tətbiqi Azərbaycan mədəniyyət mərkəzində möhkəmlənir və milyonlarla zəhmətkeş kütlənin ümumbəşəri mədəniyyət yoluna çıxmasını təmin edir. Eyni zamanda, bu, xalqların milli varlığını itirmədən sosialist əməkdaşlıq çərçivəsində inkişafını təmin edən bir addım kimi təqdim olunur.

Qısaca: əlifba inqilabının qaçılmaz və vacib olduğunu, ərəb əlifbasının artıq türk-tatar xalqlarının ehtiyaclarına cavab vermədiyini və yeni latın əlifbasının həm praktik, həm də mədəni cəhətdən üstün olduğu vurğulanır.

“Yeni yol” qəzeti4 mart səhər iclası(Əlifba haqqında məruzə üzərinə mübahisə)

On ikinci iclas Cəbiyevin sədrliyi ilə aparılır. İclasda türk xalqları əlifbası haqqında Fərhad Ağazadənin məruzəsi üzərinə mübahisəyə baxılır.

Mübahisə bu aşağıda qoyulan mübahisələr dairəsində idi. Ərəb əlifbasının olan nöqsanlarının tamamən bərtərəf olunması üzrə islahı mümkündürmü? Hər gah bu əlifba da bərtərəf ediləcək nöqsanlara maliksə, bir çıxılmaz yoldan digərinə düşmək müvafiqdirmi?!

Ən müvafiqi keçmişin ədəbi abidələrində və dini kitablarda buna toxunmayaraq, yeni mədəniyyət üçün elm və fənni bütün tələblərinə cavab verə biləcək yeni latın əlifbası qəbuludur.

Sonra Abidov, Ayaz Maqsudov və İnoqamov cıxışda bulunur.

Sonuncu natiq yeni əlifbanı müdafiə etmək üzrə Özbəkistan adından çıxışda bulunaraq Tatarıstan nümayəndələrinin çıxışlarındakı təzadı və dağınıqları göstərir. O, ərəb əlifbasının yeni əlifba ilə əvəz edilməsi məsələsində onların müəyyən və möhkəm cəbhəyə malik olmadıqlarını göstərir.

Sonra Sultan-Məcid Əfəndiyev çıxışda bulunaraq ərəb əlifbası tərəfdarlarının yeni latın əlifbası əleyhinə çıxışlarının əsaslı olmadığını sübut edir.

Müsavatçılar kimi əlifbanın dəyişməsinin ən müfrit əleyhdarları onlara gəldikdə, bunlar bu islahın şərəfinin Şura hökumətinə düşməməsi üzrə sinif təsəvvüratından irəli gələrək danışırlar.

Latın əlifbası əleyhdarlarının yeni əlifba qəbulu ilə biz Şərqdən ayrılaq deyə irəli sürdükləri subutlardan danışaraq natiq deyir ki, İran və Əfqanıstan kimi Şərq məmləkətləri onsuz da bizdən mədəniyyət sahəsində geridirlər.

Sonra Eyvazov, Xalid Səid və Baytusun yoldaşlar çıxışda bulunmuşlar. Sonuncu natiq latın əlifbasına qarşı çıxaraq göstərir ki, qazaxların kullandıkları əlifba bütün ehtiyaclarını təmin edir və yenisini qəbul etməyə də ehtiyac yoxdur.

Alimcan İbrahimofu, onun yarımçılığı üzrə şiddətli tənqid ilə professor Çobanzadə çıxışda bulunur. Sonra yakutların müməssili Baratov yoldaş çıxışda bulundu və yakutların coğrafi vəziyyətcə türk-tatar xalqlarından uzaq olmasına baxmayaraq, qurultay işlərini təqib etdiklərini söylədi.

* * *

On ikinci iclasın əsas mövzusu: türk xalqlarının əlifbası və ərəb əlifbasının islahı məsələsi. Fərhad Ağazadənin məruzəsi üzərində mübahisələr aparılır. Müzakirələr əsasən belə suallar ətrafında cərəyan edir:

Ərəb əlifbasının islahı mümkündürmü? – Ərəb əlifbasında qüsurların tam aradan qaldırılması çətin hesab olunur. Hər dəfə islah ediləcək olsa da, yenə nöqsanlar qalır.

Yeni latın əlifbasının üstünlükləri: ədəbiyyat və dini kitabların qorunması ilə yanaşı, elm və fənn sahəsində bütün tələblərə cavab verə biləcək əlifba kimi təqdim olunur.

Çıxış edənlər və mövqeləri: Abidov, Ayaz Maqsudov və İnoqamov çıxış edir; İnoqamov Özbəkistan adından çıxış edir və Tatarıstan nümayəndələrinin dağınıq mövqeyini göstərir, ərəb əlifbasının yeni əlifba ilə əvəz edilməsində konkret və möhkəm cəbhə qura bilmədiklərini bildirir; Sultan-Məcid Əfəndiyev ərəb əlifbası tərəfdarlarının yeni latın əlifbası əleyhinə çıxışlarını əsassız sayır; latın əlifbası əleyhdarlarının arqumentləri: islahın Şura hökumətinə şərəf gətirməməsi, sinfi maraqlardan irəli gələn qorxular. Eyvazov, Xalid Səid və Baytusun çıxış edərək məsələyə müxtəlif yanaşmalar göstərir. Baytusun qazaxların istifadə etdiyi əlifbanın yetərli olduğunu, yenisini qəbul etməyə ehtiyac olmadığını bildirir. Professor Çobanzadə Əlimcan İbrahimovu və onun mövqeyini tənqid edir. Yakut nümayəndəsi Baratov coğrafi uzaqlığa baxmayaraq, qurultayın işlərini izlədiklərini bildirir.

Ümumi mənzərə:

– İclas ərəb əlifbasının islahının qeyri-kafi və yeni latın əlifbasının isə praktiki və mədəni üstünlüklərinin vurğulanması ilə xarakterizə olunur.

– Mübahisələr həm texniki, həm də ideoloji aspektləri əhatə edir; bəzi nümayəndələr islah tərəfdarı olsa da, yeni əlifbanın qəbuluna üstünlük verilir.

Bu iclasda latın əlifbasının qəbulunun zəruriliyi və ərəb əlifbasının qeyri-kafi olması əsas arqument olaraq irəli sürülür, eyni zamanda, coğrafi və milli fərqliliklər nəzərə alınır.

Balkar kəndlilərinin sədası

Qırğızıstan müməssili Tınıstanov və balkarlar müməssili Yılişev yoldaş latın əlifbasını müdafiə etmək üzrə çıxışda bulundular.

Sonuncu çıxan adi bir kəndli olmaqla dil biliyindən də məlumatsız deyildi: “Yoldaşlar, bir şeydən qorxmamalıyız; bir çox hadisələr keçirdik və çoxlarında da qalib gəldik. Biz vətəndaş müharibəsində, aclıqda və başqa təbii bəlalarda da qalib gəldik. Biz indi mədəni cəbhədə də qələbə çalmalı və bu qalibiyyət üçün doğru yol bulmalıyız”.

(ardı var)

Nadir MƏMMƏDLİ,AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr