BAKI, 5 may. TELEQRAF
Rusiyanın Nijni Novqorod vilayətinin Vıkса şəhərində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 5 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın 80 kvadratmetr sahəni əhatə edib və artıq söndürülüb. Hadisə yerində 5 nəfərin, o cümlədən iki uşağın meyiti aşkarlanıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.