AZ

PSJ nəhənglərin hədəfində olan ulduzuna qiymət kəsdi

Fransalı vinger Bredli Barkola “PSJ”dən ayrıla bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Paris klubu 23 yaşlı futbolçunu hələ də komandanın vacib hissəsi hesab edir, lakin o, Avropanın aparıcı klublarının diqqət mərkəzindədir. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmədiyindən, onun satışı istisna olunmur.

Barkola ilə “Real”, “Barselona”, “Atletiko”, “Borussiya Dortmund” və “Bavariya” maraqlanır. Məlumata əsasən, PSJ futbolçu üçün 70–80 milyon avro tələb edir.

Seçilən
58
publika.az

1Mənbələr