AZ

Cinsləri tez tez yuyanlara xəbərdarlıq

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Paltarların nə qədər tez-tez yuyulması hər kəsi maraqlandıran və çox vaxt yanlış addımlar atılan məsələlərdən biridir. Britaniyada aparılan araşdırmalar insanların bəzi geyimləri normadan daha çox yuduğunu üzə çıxarıb.Demokrat.az xəbər verir ki, məişət texnikası üzrə mütəxəssis Qvil Snuk müxtəlif geyim növlərinin optimal yuyulma tezliyini açıqlayıb. Onun sözlərinə görə, kapüşonlu koftaları (hudi) altı dəfə geyindikdən sonra yumaq kifayətdir. Corab və alt paltarları isə hər istifadədən sonra mütləq yuyulmalıdır.Cins şalvarların təmizlənməsi üçün isə onları ən azı 10 dəfə geyinmək lazımdır. Lakin üç min britaniyalı arasında aparılan sorğu göstərib ki, insanlar ən çox cins şalvarları yuyurlar."Cins şalvarlar çox tez-tez yuduğumuz geyimlərdəndir. Bir çox insan elə düşünür ki, müntəzəm yumaq cins parçanın formasını saxlayır. Əslində isə bu geyimlər tez-tez təmizlənmə tələb etmir. Cins şalvarı nə qədər uzun müddət geyinsəniz, onun forması və rəngi bir o qədər yaxşı qalar", – deyə Snuk bildirib.Yəni, geyimlərin növündən asılı olaraq yuyulma qaydası fərqlidir. Cins şalvarları və kapüşonlu koftaları tez-tez yumaq onların həm rəngini qaçırır, həm də formasını korlayır.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
demokrat.az

1Mənbələr