AZ

Ürəyi qoruyan üç əsas qayda

"Yuxudan oyandıqdan dərhal sonra tətbiq edilən bir neçə sadə vərdiş ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər".

Publika.az xəbər verir ki, bu barədə kardioloq Ştefan Valler "Focus Online" nəşrinə müsahibəsində bildirib.

Ştefan Vallerin sözlərinə görə, sağlamlıq üçün əsas təhdidlərdən biri aterosklerozdur. Məhz bu xəstəlik infarkt və insultun yaranmasına zəmin yaradır, dünyada ölümün əsas səbəblərindən biri hesab olunur. Lakin gündəlik vərdişlər vasitəsilə bu vəziyyətin inkişafına mane olmaq mümkündür.

Mütəxəssis günə müntəzəm səhər rutini ilə başlamağı məsləhət görür. Buraya yalnız fiziki fəaliyyət deyil, həm də psixoloji hazırlıq daxildir. Məsələn, yüngül idman, nəfəs məşqləri və ya meditasiya stres səviyyəsini azaltmağa və bədəni yumşaq şəkildə "işə salmağa" kömək edir.

Mütəmadi fiziki aktivlik də eyni dərəcədə vacibdir. Hətta gəzinti və ya velosiped sürmək kimi ortadərəcəli məşqlər belə vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır və damarları gücləndirir.

Seçilən
32
publika.az

1Mənbələr