AZ

Azərbaycanlıların hər gün etdiyi bu vərdiş orqanizmdə dəmiri artırırmış

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çaya limon sıxmağın sadəcə dad üçün edildiyini düşünənlər əslində bu vərdişin orqanizmə nə qədər böyük fayda verdiyini bilmirlər. Bir çox insanın hər gün təkrarladığı bu hərəkət bədənin müdafiə sistemini gücləndirməklə yanaşı, ürək fəaliyyətini də dəstəkləyir.Demokrat.az xəbər verir ki, kardioloq Muhammed Keskin çaya limon sıxmağın insan orqanizminə təsirlərini elmi faktlarla izah edib. Onun sözlərinə görə, limon çayın tərkibindəki faydalı maddələrin bədən tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir və bu da birbaşa ürək sağlamlığına müsbət təsir göstərir.Həkim bildirib ki, çayın tərkibindəki bəzi maddələr orqanizmdə dəmirin sorulmasını çətinləşdirir. Lakin çaya sıxılan limon bu mənfi təsiri aradan qaldıraraq dəmirin bədənə hopmasını təmin edir. Bu səbəbdən dəmir azlığından əziyyət çəkənlər üçün limonlu çay ən ideal seçimdir."Limonlu çay həm də həzm sistemini rahatladır, yeməkdən sonra qəbul edildikdə isə həzmi asanlaşdırır. Eyni zamanda qan şəkərini tənzimləyərək insulin müqaviməti riskini azaldır və bədənin xəstəliklərə qarşı müqavimətini artırır", - həkim bildirib.Yəni, çaya limon sıxmaq bədəndə dəmirin sorulmasını asanlaşdırır və ürək sağlamlığını qoruyur. Bu vərdiş xüsusilə yeməkdən sonra həzmi yaxşılaşdırmaq üçün faydalıdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
demokrat.az

1Mənbələr