Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada mayın 6-dan etibarən birtərəfli atəşkəs elan edildiyini açıqlayıb.
Bakıvaxtı.az “Lemonde.fr”ə istinadən xəbər verir ki, Prezident bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, bildirib ki, atəşkəs mayın 5-dən 6-na keçən gecə saat 00:00-dan qüvvəyə minəcək.
Zelenski açıqlamasında insan həyatının hər hansı bayramdan daha dəyərli olduğunu vurğulayıb. O, bu fikri ilə mayın 9-da qeyd olunan, keçmiş Sovet İttifaqının 1945-ci ildə nasist Almaniyası üzərində qələbəsinə həsr olunan günə istinad edib.
Ukrayna lideri həmçinin Rusiya rəhbərliyini müharibəni dayandırmaq üçün konkret addımlar atmağa çağırıb. O vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin bəzi açıqlamalarına görə, Moskvada keçiriləcək hərbi paradın təşkili üçün Ukraynanın razılığı tələb oluna bilər.
Qeyd edək ki, Rusiya da daha əvvəl mayın 8 və 9-da Qələbə Günü münasibətilə birtərəfli atəşkəs elan etdiyini açıqlayıb. Rəsmi Moskva eyni zamanda xəbərdarlıq edib ki, bu atəşkəsin pozulacağı təqdirdə Kiyevə qarşı kütləvi raket zərbələri endirilə bilər.
Aydın