Bakıda quldurluqda təqsirləndirilən Bəxtiyar Qayıbovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Hadisə 2016-ci il fevralın 16-da axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Həmin gün şirkətdən çıxıb “Tofaş Şahin” markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub. Basqın zamanı Bəxtiyar Qayıbov içərisində 119 min manat olan çantanı götürüb aradan çıxmağa müvəffəq olub. Hadisədən sonra o, saxlanılıb.
Məlum olub ki, Bəxtiyar Qayıbov içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürə bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qayıbov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov