ABŞ-ın Hörmüz boğazında iki yük gəmisinə hücumu nəticəsində ən azı beş nəfər həlak olub.
Musavat.com xəbər verir ki, məlumatı İranın Tasnim xəbər agentliyi hərbi mənbəyə istinadən yayıb.
Mənbənin məlumatına görə, mülki yük daşıyan gəmilər Omanın Həsəb limanından İran sahillərinə gedirmiş. Hadisə ABŞ-ın bir neçə İran gəmisini batırdığı barədə məlumatlar təsdiqləndikdən sonra aşkar edilib.
Associated Press daha əvvəl ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperə istinadən ABŞ hərbi helikopterlərinin Hörmüz boğazında altı kiçik İran gəmisini batırdığını bildirmişdi. İran bu iddiaları təkzib edərək, 4 mayda ABŞ tərəfindən heç bir İran dəniz gəmisinin batırılmadığını bildirib.
Musavat.com