AZ

Hövsan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə "Unikal"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə saat 10:00-dan işlər yekunlaşanadək Hövsan qəsəbəsində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
45
unikal.az

10Mənbələr