Ötən gecə Fars körfəzi və Oman körfəzi üzərində ən azı altı ABŞ tanker təyyarəsinin uçuşu qeydə alınıb.
Musavat.com hava xidməti monitorinqi kanallarına istinadən xəbər verir ki, qeyd olunan ərazidə gecə səhərə qədər Boeing KC-135R Stratotanker və Boeing KC-46A Pegasus kimi ən azı altı hərbi nəqliyyat və yanacaqdoldurma təyyarələri hərəkət edib.
Bundan əlavə, Yaxın Şərqdəki hərbi bazadan uçan Northrop Grumman MQ-4C Triton kəşfiyyat pilotsuz təyyarəsi də həmin ərazidə uçuşunu başa çatdırıb.
Bundan əlavə, BƏƏ və Qətər gecə saatları üçün öz hava məkanlarını qismən bağlı elan ediblər.
Bu hərəkətlənmənin ABŞ-ın Hörmüzdən keçid gözləyən gəmilərin hərəkətini təmin etmək missiyası ilə bağlı olduğu güman edilir.
Artıq dünyanın ən böyük yükdaşıma şirkəti olan Maersk-dən ABŞ hərbçilərinin şirkətə məxsus olan, fevraldan Hörmüzdən keçid gözləyən yük gəmilərinin boğazdan sərbəst keçidini təmin etdiklərinə dair məlumat yayıb.
Musavat.com