AZ

Çində zavoda partlayışda ölənlərin sayı 20-ni keçib

Fişəng istehsalı müəssisəsində baş verən partlayış çoxsaylı insan itkisinə səbəb olub...

Çinin mərkəzi hissəsində yerləşən feyerverk istehsalı zavodunda baş verən güclü partlayış nəticəsində azı 21 nəfər həyatını itirib, 61 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Poliqon xəbər verir ki, bu barədə Çinin “Sinxua” Agentliyi məlumat yayıb. Hadisə Hunan əyalətinin Çanşa inzibati vahidinə daxil olan Lyuýan şəhərində yerləşən “Huasheng” şirkətinə məxsus zavodda qeydə alınıb.

Məlumata görə, partlayışdan dərhal sonra əraziyə genişmiqyaslı xilasetmə qüvvələri cəlb olunub. Ümumilikdə 480-dən çox xilasedici hadisə yerində axtarış-xilasetmə işləri aparır, eyni zamanda üç ədəd xüsusi xilasetmə robotu da əməliyyata cəlb edilib. Partlayışın baş verdiyi məkanın iki qara barıt anbarına yaxın olması vəziyyəti daha da riskli edib. Bu səbəbdən yaxın ərazilərdə yaşayan sakinlər təxliyə olunub və mümkün təkrar partlayışların qarşısını almaq məqsədilə təhlükəsizlik bufer zonası yaradılıb.

Çin Xalq Respublikasının sədri Si Cinpin hadisəyə dərhal reaksiya verərək itkin düşən şəxslərin tapılması, yaralıların xilas edilməsi və tibbi yardımın gücləndirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini tapşırıb. O, eyni zamanda baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün hərtərəfli araşdırma aparılmasını tələb edib.

Hadisə ilə bağlı zavodun rəhbəri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İlkin araşdırmalar davam edir və partlayışın dəqiq səbəbləri hələlik açıqlanmayıb. Mütəxəssislər ehtimal edir ki, təhlükəsizlik qaydalarının pozulması və ya texniki nasazlıq faciəyə səbəb ola bilər.

Poliqon.info

Seçilən
25
20
poliqon.info

10Mənbələr