AZ

Ani körpüsü bərpa olunacaq: sənəd imzalanıb

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan və Türkiyə körpünün bərpası ilə bağlı anlaşma memorandumu imzalayıblar

İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı zamanı Ermənistan və Türkiyə Ani körpüsünün bərpası ilə bağlı anlaşma memorandumu imzalayıblar.

AYNA.AZ xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “ Facebook” səhifəsində yazıb: "Avropa Siyasi Birliyi Zirvə Toplantısında Türkiyənin vitse-prezidenti ilə səmərəli fikir mübadiləsi apardım. İkitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə edildi. Tarixi Ani körpüsünün birgə bərpası ilə bağlı protokolun imzalanmasını alqışladıq".

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz isə “X” səhifəsində qeyd edib ki, İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla hərtərəfli və məhsuldar görüş keçirib.

Onun sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə olunub.

Türkiyənin vitse-prezidenti qeyd edib ki, “həmçinin nəqliyyat, gömrük, enerji, rəqəmsal infrastruktur və bağlantının gücləndirilməsi üçün addımları müzakirə etmək imkanı əldə etdik”.

Yılmaz nizamlama prosesində əldə edilən irəliləyişi vurğulayıb: “Nəzarət prosesi çərçivəsində atılan qarşılıqlı konstruktiv addımların konkret irəliləyişlərə aparmasından xüsusilə məmnunuq”.

Ani körpüsünün bərpasından danışan Yılmaz qeyd edib ki, Ani körpüsünün birgə yenidən qurulması ilə bağlı anlaşma memorandumunun imzalanması da davamlı sülh və təhlükəsizlik mühitinin yaradılmasına töhfə verəcək.

O Türkiyənin regional əməkdaşlığı dəstəkləməyə davam edəcəyini vurğulayıb: “Regional sülhə, dialoqa və sabitliyə əsaslanaraq, Cənubi Qafqazda nizamlamanın təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və insanlararası əlaqələrin gücləndirilməsi yanaşmamızı qətiyyətlə davam etdirəcəyik”.

Qeyd edək ki, Ermənistan ilə Türkiyə arasında sərhəddə yerləşən tarixi Ani körpüsünün bərpası ilə bağlı protokolu Ermənistan parlamentinin sədr müavini və Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndə Ruben Rubinyan və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
ayna.az

1Mənbələr