AZ

Ukraynanın Poltava vilayəti zərbələrə məruz qaldı, ölənlər və yaralananlar var

BAKI, 5 may. TELEQRAF

Mayın 5-nə keçən gecə Rusiya ordusu Poltava vilayətinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə bölgənin Hərbi Administrasiyasının rəhbəri Vitaliy Dyakivniç məlumat verib.

Onun sözlərinə görə, düşmənin raket və zərbə PUA-ları ilə həyata keçirdiyi basqın nəticəsində 4 nəfər həlak olub, 31 sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İnsident Poltava rayonunun iki ərazisində qeydə alınıb. Nəticədə sənaye müəssisəsi və dəmir yolu infrastrukturu zədələnib.

Hadisə səbəbindən 3480 abonent mavi yanacaqsız qalıb.

Seçilən
5
teleqraf.com

1Mənbələr