AZ

“Qonşu ölkələrə zərbələr geri dönməz nəticələr doğura bilər” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian BƏƏ-yə endirilən zərbələrlə bağlı SEPAH-ın addımlarından kəskin narazılığını ifadə edib.

Missiya.Az xəbər verir ki, bubarədə “IranInternational” kanalı özmənbələrinə istinadənməlumatyayıb.

Pezeşkian SEPAH-ın addımlarını tamamilə məsuliyyətsiz adlandırıb və hücumların ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan həyata keçirildiyini bildirib.

O, bölgədə gərginliyin artmasının geri dönməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Kanalın yazdığına görə, vəziyyətin daha da pisləşməsi və ikinci müharibə riskinin artması fonunda Pezeşkian SEPAH-ın Fars körfəzi ölkələrinə hücumlarının dərhal dayandırılmasını tələb edib və eskalasiyanın qarşısını almaq üçün Ai rəhbər Müctəba Xamenei ilə təcili görüşmək istədiyini vurğulayıb.

Qeyd olunub ki, Pezeşkian mümkün beynəlxalq reaksiyadan ciddi narahatdır və İranın yeni genişmiqyaslı müharibəyə tab gətirə bilməyəcəyini düşünür.

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
5
missiya.az

6Mənbələr