AZ

Real Qonsalo Qarsiyanı bu məbləğdən aşağı satmayacaq

ain.az bildirir, sport24.az portalına istinadən.

"Real" hücumçusu Qonsalo Qarsiyanı yalnız 60 milyon avro qarşılığında buraxa bilər. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, bir çox Avropa komandası 22 yaşlı ispaniyalı futbolçunu izləyir. Lakin "Real" oyunçunun müqaviləsində yer alan sərbəst qalma bəndinə ciddi yanaşır və bundan az məbləğə razılaşmayacaq.

Qarsiya 2025-ci ilin yayından "Real"ın əsas komandasında oynayır. Onun "Kral klubu" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayında başa çatır. 

Qeyd edək ki. futbolçu 2025/26 mövsümündə meydana çıxdığı 35 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
sport24.az

1Mənbələr