Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Neymarın Robinyoya hücumu ilə bağlı araşdırma başladı
"Santos" futbolçuları Neymar və Robinyo Junior arasında baş verən qalmaqalla əlaqədar araşdırma başladıb.
QOL.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
2 gün öncə məşq zamanı 34 yaşlı hücumçu Neymar 18 yaşlı yarımmüdafiəçi Robinyo Juniora qarşı kobud hərəkət edib. Mənbə bildirir ki, gənc futbolçu Neymarı keçdikdən sonra təcrübəli oyunçu bunu hörmətsizlik kimi qəbul edib və əsəbiləşərək əvvəlcə ona ayaq ilişdirib.
Daha sonra tərəflər arasında mübahisə yaranıb və qarşılıqlı itələşmə olub. İddialara görə, Neymar hətta komanda yoldaşına zərbə də endirib.
"Santos" isə yaydığı açıqlamada artıq daxili araşdırmanın başladıldığını bildirib. Araşdırmaya Hüquq Departamenti cavabdehlik daşıyır.
"Globo"nun xəbərinə görə, Robinyo hadisədən sonra miniml təhlükəsizlik standartlarının olmaması səbəbindən müqaviləsini ləğv etmək istəyir. ESPN-in yaydığı məlumata görə isə, Neymar məsələyə görə Robinyodan üzr istəyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.