AZ

Fabrik partlayışı onlarla can aldı

Çinin cənubundakı Hunan əyalətində atəşfəşanlıq məhsulları istehsal edən fabrikdə baş verən partlayış nəticəsində 21 nəfər həlak olub, 61 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, əyalətin inzibati mərkəzi olan Çanqşa şəhərinin Liuyanq rayonundakı atəşfəşanlıq fabrikində dünən axşam saatlarında partlayış baş verib.

Yerli Fövqəladə Halların İdarə Olunması Bürosu partlayış zamanı fabrikdə çalışan 21 işçinin həyatını itirdiyini, 61 nəfərin isə yaralandığını açıqlayıb. Hadisədən sonra yanğınsöndürmə və xilasetmə qrupları bölgəyə cəlb edilib, axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Çinin dövlət başçısı Şi Cinping axtarış-xilasetmə səylərinin səfərbər edilməsi və hadisə ilə bağlı təhqiqatın sürətlə aparılaraq məsul şəxslərin cəzalandırılması barədə çağırış edib.

Bütün yerli idarəetmə orqanlarının və əlaqədar qurumların bu qəzadan dərs çıxarmalı olduğunu və iş yerlərində təhlükəsizlik tədbirlərini artırmalı olduğunu qeyd edən Şi mühüm sektorlarda risklərin izlənilməsi və nəzarətin gücləndirilməsi tapşırığını verib.

Fövqəladə Halların İdarə Olunması Nazirliyi xilasetmə və yardım işlərinə rəhbərlik etmək məqsədilə bölgəyə xüsusi qrup göndərib.

Seçilən
8
cebheinfo.az

1Mənbələr