AZ

WUF13 çərçivəsində 9 şəhərdaxili nəqliyyat mübadilə mərkəzi fəaliyyət göstərəcək

BAKI, 5 may. TELEQRAF

WUF13 Şəhərsalma Forumu çərçivəsində nəqliyyat sistemi 5 istiqamət üzrə fəaliyyət göstərəcək, xidmətlər isə bir neçə kateqoriyaya bölünəcək.

Teleqraf xəbər verir ki, bu sözləri WUF13 Şəhərsalma Forumunda nəqliyyatın təşkili ilə bağlı keçirilən brifinqdə nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

O bildirib ki, Koroğlu” metrostansiyasından 24 saat fasiləsiz fəaliyyət göstərəcək və iştirakçılar buradan tədbir məkanına daşınacaq.

Bundan əlavə, 9 şəhərdaxili nəqliyyat mübadilə mərkəzindən 2 müntəzəm avtobus xətti vasitəsilə iştirakçıların məkana çatdırılması təmin olunacaq.

Seçilən
26
2
teleqraf.com

3Mənbələr