AZ

İndoneziyada Semeru vulkanı 9 dəfə PÜSKÜRDÜ – VİDEO

İndoneziyada Semeru vulkanı 9 dəfə püskürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya Mərkəzi məlumat yayıb.

İndoneziyada Semeru vulkanı aktivləşib. Mərkəzin məlumatına görə, vulkan bir neçə dəfə püskürüb.

Ümumilikdə azı doqquz belə hal qeydə alınıb.

Vulkandan çıxan kül kraterdən 900 metr, dəniz səviyyəsindən isə 4 576 metr yüksəkliyə qalxıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində yerli sakinlərin kraterə 5 kilometrdən çox yaxınlaşması qadağan edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
50
interpress.az

10Mənbələr