Bakıda keçiriləcək WUF13 çərçivəsində nəqliyyat infrastrukturu ilə bağlı göstəricilər açıqlanıb.
1news.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib.
“Forum çərçivəsində 9 şəhər nəqliyyat mübadilə mərkəzi fəaliyyət göstərəcək. Bundan əlavə, 2 şəhərdaxili müntəzəm avtobus xətti üzrə 67 dayanacaq iştirakçıların istifadəsinə veriləcək. Eyni zamanda, hava limanı istiqamətində 6 müntəzəm avtobus xətti təşkil olunacaq”.