Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub.
Far.Az xəbər verir ki, bu barədə qərar Ədliyyə naziri tərəfindən imzalanan müvafiq əmrlə rəsmiləşdirilib. Əmrə əsasən, Rusif Əlövsət oğlu Quliyev sözügedən vəzifəyə təyin edilib.
Təyinatdan sonra Rusif Quliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, o, bundan əvvəl 2018-ci ildən etibarən Bərdə rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb.