AZ

Tramp hələ səkkiz doqquz il də prezident olmaq istəyir

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp prezidentlikdən yalnız səkkiz-doqquz ildən sonra gedəcəyini bildirib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən kiçik və orta sahibkarlıqla bağlı tədbirdə çıxışı zamanı qeyd edib.

O, çıxışında Prezident administrasiyası tərəfindən qəbul edilən və 10 il müddətində qüvvədə qalması gözlənilən biznesə dəstək tədbirlərindən bəhs edib.

“Biz düzgün iş gördük. Beləliklə, məsələn, səkkiz və ya doqquz ildən sonra vəzifəmdən gedəndə onlardan istifadı edə biləcəyəm”, - deyə Tramp qeyd edib.

1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən artıq seçilməsini məhdudlaşdırır. Buna baxmayaraq, hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə namizəd olmaq ehtimalı barədə danışıb. Eyni zamanda, oxşar ehtimalları ötən payız Trampın keçmiş əsas siyasi strateqi Stiv Bennon da səsləndirib.

Tramp 2024-cü ilin noyabr ayında Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci dəfə prezident seçkilərində qalib gəlib. O, ilk dəfə 2017-ci ildən 2021-ci ilə qədər prezident vəzifəsini icra edib. Tramp 2016-cı il seçkilərində Demokratların prezidentliyə namizədi Hillari Klintona qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
yeniavaz.com

3Mənbələr