AZ

Gürcüstan daha 101 əcnəbini deportasiya etdi

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən son günlərdə keçirilən tədbirlər nəticəsində 101 xarici vətəndaş ölkədən deportasiya olunub.

"Report"un yerli bürosu xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar müvafiq struktur bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Kompleks tədbirlər çərçivəsində Türkmənistan, Hindistan, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrin vətəndaşları Gürcüstan ərazisindən çıxarılıb.

Bildirilib ki, bu ilin ilk dörd ayının nəticələrinə əsasən, deportasiya olunan qanunsuz miqrantların sayı ötən ilin ümumi göstəricisinə yaxınlaşıb.

Qeyd edək ki, gücləndirilmiş nəzarət tədbirləri nəticəsində 2025-ci ildə ümumilikdə 1311 əcnəbi vətəndaş Gürcüstandan çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin müəyyən müddət ərzində ölkəyə yenidən girişinə qadağa qoyulub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
2
cebheinfo.az

3Mənbələr