AZ

Yüksək vəzifəyə təyin olunan Nərgiz Şərifova kimdir? DOSYE

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Şərifova Nərgiz Talıb qızı Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.Bizim.Media yeni direktor müavininin dosyesini təqdim edir:Şərifova Nərgiz Talıb qızı 1997-ci ildə Bakı şəhər 25 saylı orta məktəbi bitirib. 1997-2003-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.02.01.2002-ci ildən 01.05.2003-cü ilədək Bakı şəhər M.Nağıyev adına RTTYX-nın RİTŞ-də tibb bacısı vəzifəsində çalışmışdır.

 

N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
18
bizim.media

10Mənbələr