AZ

İstanbulda SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə Avropanın ən böyük müdafiə sənayesi sərgisi olan "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, sərgidə 120-dən çox ölkədən 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkət öz məhsullarını nümayiş etdirir.

Sərgidə 140-dan çox rəsmi şəxs, 800-dən artıq rəsmi heyət üzvü, 200-dən çox ticarət nümayəndə heyəti iştirak edir. Bundan əlavə, 25-dən çox xarici nazirin və yüksək səviyyəli çoxsaylı hərbi rəsmilərin iştirakı gözlənilir.

Qapalı və açıq olmaqla ümumilikdə 400 min kvadratmetr sahədə keçiriləcək "SAHA 2026" Türkiyədə bu günə qədər olan ən böyük tədbirlərdən birinə imza atır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr