AZ

ABŞ-İran müharibəsi yenidən alovlanır: Tehrandan Ağ Evə xəbərdarlıq

İran Hörmüz boğazında ticarət gəmilərinin naviqasiya azadlığını bərpa etməyi hədəfləyən ABŞ-ın "Azadlıq" əməliyyatı ilə bağlı bəyanat yayıb.

Azreform.info xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media paylaşımında Hörmüz boğazı ətrafında cərəyan edən hadisələrin siyasi böhranların hərbi yolla həll edilə bilməyəcəyini göstərdiyini bildirib və əlavə edib: "Pakistanın xoşməramlı səyləri sayəsində danışıqlar irəliləyərkən, ABŞ pis niyyətli şəxslər tərəfindən yenidən bataqlığa sürüklənməməlidir. Eyni şey Birləşmiş Ərəb Əmirliklərinə də aiddir. Azadlıq Layihəsi çıxılmazlıq layihəsidir".

Bundan öncə isə İran Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına yaxınlaşmamaq və ya girməmək barədə xəbərdarlıq edib..
İran Silahlı Qüvvələri bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri istisna olmaqla, bütün ticarət gəmiləri və neft tankerləri Hörmüz boğazında orada yerləşən İran ordusu ilə əlaqələndirilmədən hər hansı bir hərəkətdən çəkinməlidirlər.

ABŞ ordusu, Prezident Donald Trampın əmri ilə Hörmüz boğazında qalan gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün "Azadlıq Əməliyyatı"na da başlayıb.
Tramp “Fox News”-a bildirib ki, əgər iranlılar Hörmüz boğazından keçən gəmilərə rəhbərlik edən Amerika gəmilərinə hücum etsələr, onlar "yer üzündən silinəcəklər".

Tramp kommersiya gəmiçiliyinə müdaxilə etməyə çalışan yeddi kiçik İran gəmisini batırdıqlarını söyləyərək əlavə edibki, bunlar İrandan qalan tək şeylərdir.

Mürtəza

Seçilən
18
50
azreform.info

10Mənbələr