Xəbər verdiyimiz kimi, Goranboy-Borsunlu yolunda qəza qeydə alınıb.
Qəza zamanı 8 nəfər xəsarət alıb.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki,
Qurumdan verilən məlumata görə,
05.05.2026-cı il tarixində saat 06:10 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Zeynəb Rzayeva