AZ

Azərbaycanda yüksəkdozalı C vitamini apteklərdə müvəqqəti tapılmayacaq

Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri olan “Pascorbin” 7.5 g/50 ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik gözlənilir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Pascorbin”in ölkədə qeydiyyat müddəti 21.05.2026-cı ildə başa çatdığı üçün yeni qeydiyyat (yenilənmə) prosesi aparılır və hazırda bu proses davam edir. Bu səbəbdən yaxın dövrdə preparatın yeni partiyasının idxalı müvəqqəti mümkün olmayacaq.

Mütəxəssislərin bildirdiyinə görə, mövcud ehtiyatların tədricən azalması fonunda bu preparatın 2026-cı ilin iyun ayından etibarən apteklərdə satışda tapılmayacağı gözlənilir. Preparatın yenidən satışa çıxarılmasının isə təxminən 2026-cı ilin oktyabr ayına təsadüf edəcəyi proqnozlaşdırılır.

“Pascorbin” 7.5 g/50ml hansı hallarda istifadə olunur?

Mütəxəssislərin sözlərinə görə, yüksəkdozalı C vitamini preparatları aşağıdakı hallarda yalnız həkim nəzarəti ilə tətbiq olunur:

- Onkoloji xəstələrdə (kimyaterapiya alan və almayan pasiyentlərdə) dəstək məqsədilə;

- İmmunitet zəifliyi olan şəxslərdə;

- İnfeksion və virus xəstəliklərində, dəstəkləyici müalicə kimi;

- Vərəm (tuberkulyoz) xəstələrində, əsas müalicə protokolu ilə yanaşı dəstəkləyici məqsədlə;

- Bərpa və reabilitasiya dövründə.

COVID-19 dövrü ilə bağlı qeyd

COVID-19 pandemiyası dövründə yüksəkdozalı C vitamini preparatları bir çox ölkələrdə və klinik praktikada dəstəkləyici müalicə yanaşmaları çərçivəsində istifadə olunub.

Bir çox pasiyentlər bu preparatı həmin dövrdən etibarən daha yaxşı tanıy;b və onu immunitet dəstəyi ilə əlaqələndirib. Bu da preparata olan marağın və istifadə sahəsinin genişlənməsinə səbəb olub.

Xəstələr üçün tövsiyə

Mütəxəssislər vurğulayır ki, bu tip müalicələri planlaşdıran şəxslər üçün vaxt faktoru mühüm rol oynayır.

Əgər yüksəkdozalı C vitamini ilə müalicə nəzərdə tutulubsa, bunu təxirə salmamaq və əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğundur.

Vacib xəbərdarlıq

Bu preparat:

- yalnız həkim nəzarəti ilə;

- fərdi tibbi qiymətləndirmə əsasında istifadə olunmalıdır.

Özbaşına istifadə tövsiyə edilmir.

Yüksəkdozalı C vitamini preparatlarının ölkədə müvəqqəti əlçatanlıq məhdudiyyəti ilə əlaqədar olaraq, müalicəni planlaşdıran xəstələrin bu faktoru nəzərə alması və qərarlarını vaxtında verməsi tövsiyə olunur. (Bakupost.az)

Seçilən
11
9
fed.az

10Mənbələr