AZ

WUF13 məkanı daxilində yaradılmış nəqliyyat qovşağı bir neçə əsas zonaya bölünüb

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) məkanı daxilində yaradılmış nəqliyyat qovşağı bir neçə əsas zonaya bölünüb.

"Far.Az" xəbər verir ki, bunu tədbir çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib.

Onun sözlərinə görə, nəqliyyat qovşağının ümumi 4 girişi mövcuddur: "​Birinci giriş (Sol) yalnız avtobuslar üçün ayrılmış yoldur. ​İkinci giriş yalnız VAP icazəsi olan nəqliyyat vasitələri üçündür (göy rəngli parklanma zonası), üçüncü giriş: Taksilər və VAP-sız nəqliyyat vasitələri üçün. ​Göstərilən ərazidə 271 ümumi dayanma nöqtəsi yaradılmışdır və 3-5 dəqiqə aralığında qonaq gözləmə imkanı yaradılacaq".

Seçilən
25
far.az

1Mənbələr