AZ

“Real”da növbəti gərginlik: Mbappe klubdan ayrıla bilər

İspaniya mediasında və sosial şəbəkələrdə “Real”ın liderləri – Kilian Mbappe və Vinisius Junior arasında gərginliklə bağlı yeni iddialar yayılıb.

Publika.az xəbər verir ki, jurnalist Fransoys Qallardonun sözlərinə görə, fransalı hücumçu komandadakı bəzi oyunçular, o cümlədən Vinisius tərəfindən satqınlığa uğradığını hiss edir. Bildirilir ki, Mbappenin anası Fayza Lamari yayda klub prezidenti Florentino Perez qarşısında ultimatum qoya bilər.

İddialara əsasən, Mbappenin ətrafı məsələyə sərt yanaşa bilər. Ya “Real” Vinisiusla yollarını ayıracaq, ya da fransalı forvard komandadan ayrılacaq.

Seçilən
25
publika.az

1Mənbələr