AZ

Ötən il 50-yə yaxın Azərbaycan şirkəti 6 beynəlxalq sərgidə iştirak edib

Ötən il 50-yə yaxın yerli şirkət “Made in Azerbaijan” brendi altında 6 beynəlxalq sərgidə iştirak edib.
Bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimində bildirib.


Onun sözlərinə görə, sərgilər şirkətlərə yeni alıcılar tapmaq və mövcud tərəfdaşlarla əməkdaşlığı genişləndirmək imkanı yaradır.


Abdullayev qeyd edib ki, bu il AZPROMO-nun dəstəyi ilə Azərbaycan şirkətləri Dubayda “Gulfood” və Düsseldorfda “ProWein” sərgilərində vahid ölkə stendi ilə iştirak ediblər.


Bu ay “Russia-Islamic World: KazanForum 2026”, sentyabrda isə Ər-Riyadda “Saudi Food Expo 2026” sərgilərində Azərbaycan ixracatçılarının iştirakı planlaşdırılır. Oktyabrda isə yerli şirkətlərin “Rebuild Karabakh” sərgisində iştirakı nəzərdə tutulur.

Seçilən
44
1
anews.az

10Mənbələr